Zelenskinin xanımı uşaqları ilə müharibədən necə qaçdığı barədə ilk dəfə danışıb

8

Ukraynanın birinci xanımı Yelena Zelenskaya özünün və uşaqlarının aktiv döyüşlərdən necə qaçdığından ilk dəfə danışıb.

Bu barədə o, “Time” nəşrinə səmimi müsahibəsində deyib.

Zelenskayanın dediyinə görə, onun əvvəlcədən çamadanı yığmağa vaxtı olmayıb, buna görə də fevralın 24-də səhər tələsik bütün əşyalarını yığmağa başlayıb. O və uşaqları o qədər qorxublar ki, mümkün qədər tez bütün əşyalarını yığıb daha təhlükəsiz yerə getməyə çalışıblar.

Bundan əlavə, o etiraf edib ki, evdən telefonsuz çıxıb, çünki rus işğalçıları onun zənglərini və yazışmalarını izləyiblər. Buna görə də onların ailəsi üçün sosial şəbəkələr qadağan edilib.

Zelenskaya bildirib ki, həyat yoldaşı səhər saatlarında Prezident Aparatına gedib və o, bütün əşyalarını toplayıb sağollaşmaq üçün Volodimir Zelenskinin yanına gedib. Zelenski bütün təhlükələrə baxmayaraq, Kiyevdə qalmaq qərarına gəlib.

Zelenskayanın özü də uşaqları ilə birlikdə Ukraynada qalıb, lakin özünü və ailəsini qorumaq üçün şəhəri dəyişmək məcburiyyətində olub. Eyni zamanda qeyd edib ki, Avropadakı dostları ona yanlarına gəlməyi təklif etsələr də, bundan imtina edib.

İndi cütlük nadir hallarda bir-birini görür. Müharibənin ilk üç ayında telefonla belə normal əlaqə saxlaya bilməyiblər.

Mənbə: UNİAN