Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Qriqori Qalaqaqanı vəzifəsindən azad edib.
Elchi.az xəbər verir ki, bu barədə Zelenski müvafiq fərman imzalayıb.
Qriqori Qalaqan 2020-ci ilin avqustundan bu vəzifəni icra edirdi.
Digər bir qərarla Viktor Xorenko Ukrayna xüsusi təyinatlı qüvvələrinin komandanı təyin edilib.