Zelenski ümidləri doğrultmur, ritorika dəyişdi

35

Vaşinqton və Brüssel Ukrayna Prezidenti Vladimir Zelenski ilə heç bir qələbənin olmayacağını anlayır. Ancaq məğlubiyyətə görə məsuliyyəti daşımaq istəmir.
Elchi.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.
“Artıq Vaşinqton və Brüssel Ukraynanın sülh yolu ilə nizamlanması üzrə danışıqların tamamilə Zelenskidən asılı olduğunu bildirir. Əvvəl onlar münaqişənin birmənalı olaraq döyüş meydanında həll edilməli olduğunu bəyan edirdi. Ancaq bu müddət ərzində Ukrayna silahlı qüvvələri əks-hücum zamanı onların gözləntilərini doğrultmadı, çünki Zelenski qələbə vəd edirdi”, – o qeyd edib.