Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib

11

Ukrayna Prezidenti Vladimir Zelenski taxıl daşınması prosesinə nəzarət üçün Odessa limanına gəlib.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin “Facebook” hesabında bildirilib.

“Biz Ukrayna taxılını ixrac etməyə hazırıq, tərəfdaşlarımızdan daşımaların başlanması ilə bağlı siqnallar gözləyirik. Qlobal ərzaq təhlükəsizliyinin qarantı olaraq qalmaq bizim üçün vacibdir. Kimsə Qara dənizi bağlayaraq başqa xalqların canını alarkən biz onların xilası üçün çalışırıq”, – Zelenski bildirib.

Qeyd edək ki, Zelenski ilə yanaşı limana G7 ölkələrinin səfirləri də gəlib.

Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib
Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib
Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib