Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

2
Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Müdafiə və Təhlükəsizlik Şurasının Rusiyanın bir sıra qurumlarına və şirkətlərinə qarşı sanksiya tətbiq edilməsi barədə qərarını təsdiqləyib. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qərara əsasən, “Rossotrudnichestvo”ya (MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik), “Volqa-Dnepr” şirkətinə və digər 10-a yaxın müəssisəyə məhdudiyyətlər tətbiq olunub. Həmin şirkətlər qaçaqmalçılıqda ittiham olunurlar.

“Rossotrsudnichestvo” rəhbəri Yevgeni Primakov sanksiya ilə bağlı Ukrayna hökumətindən rəsmi bildiriş almadıqlarını açıqlayıb.