Zelenski Putinə görə bunu etməyə razıdır

57

Ukrayna Prezidenti Volodimir Zelenski G20 ölkələrinin İndoneziyada keçiriləcək payız sammitinə gedə bilər.

Elchi.az xəbər verir ki, bu barədə BBC-yə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, əslində, Zelenski sammitə onlayn qoşulmaq niyyətindədir.

“Ancaq Rusiya Prezidenti Vladimir Putin iclasa gələrsə, Ukrayna nümayəndə heyəti birbaşa sammitdə iştirak imkanlarını nəzərdən keçirməli olacaq”, – deyə Podolyak vurğulayıb.