Ukrayna Prezidenti Volodimir Zelenski Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlayıb.
Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı deputat Olqa Sovgirya “Teleqram” kanalında məlumat yayıb.
O bildirib ki, Ukrayna Prezidenti yaxın vaxtlarda parlamentə Polşa vətəndaşlarının xüsusi hüquqi statusu haqqında qanun layihəsini təqdim edəcək.
Yeni qanun layihəsi və polyakların imtiyazları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.