Zelenski Consonla danışıqlar apardı

46

Ukrayna Prezidenti Volodimir Zelenski və Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Elchi.az xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter“ hesabında məlumat yayıb.

Zelenski Consonu Ukraynanın böyük dostu adlandırıb və onunla müntəzəm əlaqə saxladığını bildirib.

“Biz Britaniyada Ukrayna əsgərlərinin təlimlərinin intensivləşdirilməsi və digər çoxşaxəli hərbi əməkdaşlıq haqqında danışdıq”,- o yazıb.