Zaqatalada yanğının tam söndürülməsi davam etdirilir

50

Zaqatala rayonunun Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Bu barədə Report-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Bundan başqa, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında da yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Sentyabrın 2-dən etibarən isə Oğuz, Qəbələ və İsmayıllı rayonlarında meşə yanğınları başlayıb.