Zakir Həsənov və Yaşar Gülər silahlarla tanış oldu

52

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər “ADEX” Beynəlxalq Müdafiə Sərgisində sərgilənən silahlarla tanış olublar.

Elchi.az xəbər verir ki, Zakir Həsənov Yaşar Gülərə Azərbaycan Ordusunun istifadəsində olan silahlar barədə məlumat verib.

Yaşar Gülər də öz növbəsində Türkiyə istehsalı olan texnikalar, uçuş aparatları, helikopterlər barədə Zakir Həsənovu məlumatlandırıb.

Qeyd edək ki, müdafiə sərgisi sentyabrın 8-də bitəcək.