Zakir Həsənov Akarla yenidən danışdı

34

Azərbaycan Respublikasının müdafiə naziri generalpolkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən bildirilib.

General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib. H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daimaAzərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.