Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin qurulması və təkmilləşdirilməsi, birğə fəaliyyətin təmin olunması şübhəsiz ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətindən biridir.
Müstəqilliyimizin ilk illərində bu vacib, həyati əhəmiyyətli sahəyə dövlət dəstəyinin artırılması, Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi ilə baglı Təşkilat Komitəsi yaradılması qərara alınsa da, təəssüf ki, sonradan diaspor quruculuğu prosesi unudularaq diqqətdən kənarda qaldı. Yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə canlanma yarandı.
Dahi şəxsiyyətin birbaşa rəhbərliyi ilə diaspor quruculuğu prosesi geniş vüsət aldı, Azərbaycanla xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunması istiqamərində fəal işlər görüldü. Ulu öndərin tarixi sərəncamına uygun olaraq təşkilatlanma və diaspor quruculugunu inkişaf etdirmək məqsədi ilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının ilk qurultayı keçirildi. Böyük liderin gərgin əməyi nəticəsində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor quruculuğu işi formalaşdı, hədəflər müəyyənləşdi. Beləliklə, ölkəmizdə ulu öndər Heydər Əliyevin düzgün strategiyası sayəsində diasporumuzun formalaşmasında sürətlənmə prosesi başlandı, birlik təmin olundu.
Sonrakı illərdə ölkə rəhbəri İlham Əliyev bu strategiyaya sadiq qalaraq səmərəliyin artırılması istiqamətində mühum addımlar atdı. Dövlət başçısının rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının 2-ci, 3-cü və 4-cu qurultayları keçirildi. Bu da əsaslı şəkildə diaspor işinin güclənməsinə effektli təsir göstərdi. Beləliklə, diaspor və lobbi təşkilatlarımız qlobal arenada daha genişmiqyaslı fəaliyyəti ilə arzulanan güc mərkəzi kimi beynəlxalq münasibətlərin vacib elementinə çevrildi.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi addım kimi rəmzi xarakter daşıyır. Mədəniyyətimizin beşiyi olan bu şəhərin dünya azərbaycanlılarını birləşdirən məkan kimi seçilməsi nə qədər qürürverici olsa da, bir o qədər də kövrək duyğular oyadır. Çünki 30 il xalqımız və dünyanın hər tərəfində yaşayan soydaşlarımız Azərbaycanın bu tarixi incisinə həsrət qalmışdı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti ilə biz Şuşanı azad edərək tarix yazdıq.
Bu gün digər bir şərəfli tariximizə də şahidlik edirik. Zaman 22 aprel 2022-ci il, məkan Şuşa şəhəri! Prezident İlham Əliyev Şuşa şəhərində-Dünya Azərbaycanlıların 5-ci qurultayında nitq söyləyir. Bu, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının siyasi lideri və müstəqillik tariximizdə ilk dəfə ərazi birliyimizi bərpa edən qalib Sərkərdə kimi dünyaya həm də bir Azərbaycan mesajıdır!
Ölkə başçısı çıxışında Şuşada olmagımızın, burada Zəfər qurultayının keçiirilməsinin qəhrəman övladlarımızın tarix , xalq və Vətən qarısında misilsiz xidmətləri sayəsində mümkün oldugunu bildirərək, müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərin bu tarixi hadisəni, tarixi qələbəni Azərbaycan xalqına bəxş etdiyini qeyd etdi. Prezident daha sonra dünyaya Azərbaycan xalqının 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoyduğunu, ədaləti, beynəlxalq hüququ bərpa etdiyini və heç vaxt işğalla barışmayacağını göstərdi.
Qarabağ münaqişəsinin həllinin başlıca vəzifəsi oldugunu bildirən ölkə başçısı Prezident seçildiyi ilk gündən indiyədək bu məsələnin fəaliyyətinin əsas hissəsi oldugunu diqqətə çatdırdı və qeyd etdi ki, münaqişə dövründə Minsk Qrupu faktiki olaraq heç bir nəticə əldə edə bilmədi. Əslində, Minsk Qrupu işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Çünki bu təsisatın həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri və ikili yanaşması 28 il onun fəaliyyətini nəticəsiz etmişdi.
Bizim üçün isə torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi və biz bunu bacardıq!
Dünya Azərbaycanlılarının əvvəlki qurultaylarında çıxışı zamanı dönə-dönə işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun tarixi torpaqlarımızı azad edəcəyini bildirən ölkə başçısı vədinə sadiq Prezident kimi bu gün Zəfər Qalasında qalib ölkənin Baş Sərkərdəsi kimi dünya azərbaycanlılarının önündə idi.
Bu həm də onu bildirirdi ki, xalqımızın və rəhbərimizin böyüklüyü qarşısında heç kim duruş gətirə bilməz. Çünki biz haqlı tərəfik, siyasətimiz ədalət prinsipləri üzərində qurulub: haqlı olan ğüclü olur! Bizim tarixi qələbəmizdə dünya azərbaycanlılarının təsiri də əvəzsiz oldu.
Xarici diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq arenada yayılması istiqamətdə əvəzsiz xidmətlər ğöstərərək, Vətənə bağlılıqlarını nümayiş etdirdilər və bu diqqətçəkən nümunə oldu.
Ölkə başçısı çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlılıqlarının vacibliyini bildirərək, qeyd etdi ki, onlar ilk növbədə, Azərbaycan dilini bilməlii və yaşatmalıdırlar. Belə bir amilin əsas oldugunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun birləşmə prosesi üçün daha effektli olacagını da xatırlatdı.
Bir sözlə, Zəfər Qurultayı həm ictimai, həm siyasi, həm də mənəvi baxımdan tək dövlətçilik tarixi üçün deyil, eyni zamanda Azərbaycan xalqınının taleyində yeni səhifə açaraq dünyaya qədim və şərəfli keçmişə malik bir xalqın birlik və həmrəylik kontekstində ğücünü göstərmiş oldu.
Şübhəsiz, ümummili qələbəyə layiq Zəfər Qurultayı regionun lider ölkəsi olan Azərbaycanın qlobal arenada mövqelərinin daha da ğüclənməsinə müsbət təsir edəcək.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü