Zərifin gizli səs yazısı yayıldı, ABŞ qarışdı

1

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısının yeni fraqmentləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, səs yazısını “Nyu York Tayms” yayıb.

Yeni səs yazısında Zərif Kerrinin İsrailin Suriyadakı İran obyektlərinə ən azı 200 dəfə hücum etməsi haqqında ona məlumat verdiyini bildirib. O, bundan şoka düşdüyünü söyləyib.

Kerri yayımlanan səs yazısına dərhal reaksiya verib. O, yayılan məlumatları təkzib edib:

“Mən birmənalı şəkildə bəyan edirəm ki, bu ittihamlar yalandır. Bu heç vaxt – nə mən dövlət katibi olanda, nə də ondan sonra – baş verməyib”.

Keçmiş dövlət katibi ilə bağlı yayılan səs yazısı Respublikaçılar Partiyasının nümayəndələrinin Kerrini kəskin tənqd etməsinə səbəb olub. Belə ki, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli Bayden və Kerrinin baş verənlərə görə cavab verməli olduğunu bildirib:

“Bayden və Kerri dövlət katibinin İrana – terrorun baş sponsoruna informasiya ötürərək, bizim nəhəng müttəfiqimiz olan İsraili kürəyindən bıçaqlamağa görə cavab verməlidir”.