Zəlzələni 3 dəqiqə əvvəl xəbər edən sensor hazırlandı

57

İraqlı mexanika mühəndisi Hüseyn Əbdülvahhab zəlzələdən 3 dəqiqə əvvəl xəbər verən sensorun prototipini hazırlayıb.

Elchi.az xəbər verir ki, bunu mühəndisin özü Türkiyə mətbuatına açıqlamasında deyib.

“Zəlzələ sensorunun prototipini “Teknofest”ə gətirdik. Sensoru təkmilləşdirməyə davam edirik. Prototip üzərində davamlı olaraq çalışırıq. Zəlzələ sensorumuz kiçik bir cihaz olduğu üçün hər binanın içərisində müəyyən bir yerə yerləşdirilə bilər”,- Əbdülvahhab deyib.