“Tottenhem” və “Yuventus” arasında transferlər danışıqları aparılıb.
London təmsilçisi qarşı tərəfdən yarımmüdafiəçi Deyan Kuluşevskini almağa cəhd edib.
Londonlular bu keçid müqabilində orta sahə oyunçusu Covani Lo Çelsonu təklif edib. Lakin bu dəyişiklik “qoca sinyora”nı qane etməyib. Turinlilər Kuluşevski üçün 35 milyon avro istəyib.
Görüş zamanı “Yuventus”un digər yarımmüdafiəçisi Ueston Makkeninin transferi də müzakirə olunub. İngilislər onun əvəzinə Tanqay Ndombeleni təklif edib. Ancaq italyanlar buna da razılıq verməyib.
“Yuve” Makkeninin keçidindən 30 milyon avro qazanmaq niyyətindədir.