YPG-yə silah verməyimiz yanlış idi – ABŞ generalı

6

YPG terror təşkilatına silah verməyimiz yanlış idi.

Bu sözləri ABŞ-ın Avropadakı quru qoşunlarının generalı Ben Hoces deyib.

“Bu, o dönəm verilmiş taktiki qərar idi. YPG İŞİD-lə mübarizədə ən effektiv güc olaraq qəbul edilirdi. Ancaq bunun bir səhv olduğunu, Türkiyə ilə olan münasibətlərə zərər vurduğunu indi görürük. Bu səhvi düzəldə bilərik. YPG ilə müvəqqəti əlaqələr qurmaq əvəzinə, Türkiyə ilə ittifaqımızı gücləndirməliyik”, – Hoces bildirib.