Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən Elchi.az-a məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 793 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 644 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 369 nəfərdir.
Son sutka ərzində 2 018, hazırkı dövrədək isə 6 986 078 test aparılıb.