Qırğızıstanda keçirilən prezident seçkilərində qalib gəlmiş Sadır Japarov ilk xarici səfərini Rusiyaya etməyi planlaşdırır. Bunu parlamentdə çıxışı zamanı respublikanın baş nazir müavini vəzifəsini icra edən Ravşan Sabirov deyib.
“Yeni prezidentin ilk səfəri Rusiyaya planlaşdırılır”, -deyə o bildirib. Lakin səfərin tarixini açıqlamayıb.
Xatırladaq ki, yanvarın 10-da Qırğızıstanda erkən prezident seçkiləri keçirilib, eyni zamanda vətəndaşların ölkədəki idarəetmə formasını (prezident və ya parlament- red) seçdiyi referendum baş tutub.
Dövlət başçısı postu uğrunda 17 namizəd mübarizə aparıb. Seçicilərin 79,2% -i Japarova səs verib. Onun andiçmə mərasimi 28 yanvar tarixinə planlaşdırılıb.
Həmçinin, seçicilərin 81% -dən çoxu prezident idarəetmə formasını dəstəkləyib.