Azərbaycanda ilk dəfə olaraq obyektləri də ipoteka kreditlərində uzunmüddətli kreditlə alınmasına imkan verən ipoteka proqramına start verilib. Fins.az-ın məlumatına görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən başlanan ipoteka proqramının əsas xüsusiyəti odur ki, bu kreditlər vasitəsilə tam sənədləşməmiş mənzil və evlərlə yanaşı, ticarət və xidmət obyektləri, eləcə də qarajlar almaq mümkündür.
“Novostroyka”lardakı evləri də almaq olar
ABB-nin yeni ipoteka kreditləri ilə yeni tikilən binalardakı və hələ tam sənədləşdirilməmiş mənzilləri də almaq mümkündür. Bankda bildirirlər ki, çıxarışı olmayan mənzillərin ipotekaya salınması üçtərəfli müqavilənin bağlanılması yolu ilə (MTK, Bank və evi alan şəxs arasında) həyata keçirilir: “Evi alan şəxs MTK-ya üzv olur, və İpoteka Kreditini tam bağlayandan sonra, maliyyə arayışı alıb, çıxarış götürə bilər”.
Müqaviləsi olan şirkələrin evlərini satırlar
Amma yeni ipoteka proqramının bəzi məhdudiyyətləri var. Belə ki, alıcılar bu kreditlər vasitəsilə istədikləri evi yox, bu proqramda təklif edilən evi ala bilərlər. Bu mənzillərin hamısı yeni tikilən binalarda yerləşir. Bankdan verilən məlumata görə, həmin binaların sahibi olan tikinti şirkətlərinin bankla müqaviləsi olduğuna görə, ipoteka proqramında da məhz həmin evlər satılır. Bura “Akkord” korporasiyası, “Tərəqqi” MTK, “City Park”, və s. şirkətlər aiddir. Özü də burada təmirsiz evlərlə yanaşı, təmirli mənzillər də almaq olar.
Digər maraqlı cəhət ondadır ki, burada təmirsiz evlərlə yanaşı, təmirli mənzillər də almaq olar. Bəzi mənzillər isə bölgələrdə yerləşən yeni binalardadır. Məsələn bu kreditlərlə Zaqatalada yerləşən yaşayış kompleksində də mənzillər almaq mümkündür.
Qaraj və obyektlər də satılır
ABB-nin yeni ipoteka kreditləri ilə təkcə mənzil və evlər yox, ticarət və xidmət obyektləri, o cümləən qarajlar da almaq olar. Hələlik obyektlərin hamısı “Akkord” şirkətinini binalarının aşağı mərtəbələrində yerləşənlərdir. Burada qiymətlər 1 kvadratmetr üçün 1400 manatdan başlayır. Yeni tikilən binaların altındakı qarajlar da təqribən o şərtlərlə satılır. Məsələn, qiyməti 18700 manat olan qarajı ilkin 7700 manat ödəniş olmaqla, 5 və ya 10 illiyə almaq mümkündür.
İlkin ödəniş 15%, faiz dərəcəsi 10%
ABB-nin yeni ipoteka kreditlərinin bir sıra cəlbedici cəhətləri var. Əvvəla, ipoteka kreditləri illik 10%-dən başlayan faizlərlə verilir. Kreditin maksimum müddəti 10 illikdir, amma satılan mənzilin qiyməti yüksək olduqda müddət 15 ilədək uzana bilər. Mənzilin satışı ilə bağlı ilkin ödəniş adətən 15%-də enə bilər. Yeri gəlmişkən, ipoteka kreditləri ilə mabı müraciətlər qəbul edilərkən, müştərilərin rəsmmi gəlirləri ilə yanaşı qeyri-rəsmi gəlirləri də nəzərə alına bilər.