Yeni doğulanların çoxu oğlanlardır – Əkizlər, üçəmlər…

55

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 50239 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən (DSK) Elchi.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1418, üçəm doğulanların sayı isə 75 olub.