Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən qarşıdurmalardan narahat olduğumuzu bildirdik.
Elchi.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və BMT baş katibi Antonio Quterreşlə Lvovda yerləşən Pototski sarayında keçirilən üçtərəfli zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Yeni Çernobıl yaşamaq istəmirik”, – o bildirib.
Türkiyə lideri qeyd edib ki, ukraynalı həmkarı ilə görüşü zamanı müharibənin Ukraynaya vurduğu ziyanı müzakirə edib. Ərdoğan İstanbul razılaşmasının yaratdığı müsbət atmosferin daimi sülhə çevrilməsi imkanlarının müzakirə edildiyini vurğulayıb.