Yenə zəlzələ oldu — 4 bal gücündə

152
Yenə zəlzələ oldu
Azərbaycanın bəzi rayonlarında yenidən zəlzələ olub.

Elchi.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar paylaşılıb.

Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatında bildirilir ki, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.