Yaponiya Takahama AES-in 3-cü reaktorunu təkrar işə salıb

38

Yaponiyanın “Kansai Electric Power” şirkəti Takahama AES-in 3-cü reaktorunu təkrar işə salıb.
Bu barədə istismarçı şirkət məlumat verib. Elektrik enerjisinin hasilatına 2 gün sonra başlanılacaq. Reaktorun kommersiya istismarı isə avqustun sonuncu ongünlüyünə planlaşdırılır.
Qeyd edək ki, reaktor plan üzrə yoxlama çərçivəsində martın 1-də dayandırılmışdı. Qurğunun təkrar işə salınması martın 30-na nəzərdə tutulsa da, buxar generatorundakı nasazlığa görə proses iyulun 23-dək təxirə salınıb. Sonradan generatordan yağ axdığı üçün işəsalma daha bir gün gecikib.