Xorvatiya və Serbiya arasında siyasi böhran – Prezidentə qadağa qoyuldu

63

Xorvatiya İkinci Dünya müharibəsi illərindən qalmaYasenovaç həbs düşərgəsinə səfər etməyi planlaşdıran Serbiya Prezidenti Aleksandr Vuçiçin ölkəyə girişinə icazə verməyib.

Elchi.az xəbər verir ki, Vuçiç Xorvatiya hökumətinə əvvəlcədən məlumat vermədən Yasenovaç və Pokraça səfər etmək istəyib, lakin xorvat rəsmilər bu səfərin baş tutmasını qadağan edib.

Xorvat rəsmilər diplomatik münasibətlər protokollarını pozan Vuçiçin məqsədinin təxribat olduğunu bildirir.

Serbiyanın daxili işlər naziri Aleksandar Vulin isə ölkəsinin xorvat rəsmilərinə qarşı sərhəd siyasətini dəyişəcəyini, xidməti və diplomatik pasport sahibi olan Xorvatiya vətəndaşlarının bundan sonra Serbiyaya daxil olarkən səfərin səbəbini açıqlamalı olacaqlarını deyib.