XİN başçıları Ukraynaya görə təcili toplaşır

48

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri təcili iclas keçirəcək.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik təcili iclasın keçirilməsinə səbəb kimi Rusiya prezidenti Vladimir Putinin bu gün qismən səfərbərlik elan etməsini göstərir.

Təcili iclas Nyu-Yorkda keçiriləcək. Aİ ölkələrinin xarici işlər nazirləri bu şəhərdə Birləşmiş Millətlər Təşkilatının toplantısında iştirak edir.