Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Başsağlığında deyilir:
“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, XİN-dən bildirilib.