Türkiyə məhkəməsi Hollandiya jurnalistinə qarşı “terror təbliğatı” ittihamı irəli sürüb. Belə bir
ittiham jurnalistlərə artan təzyiqin və xarici jurnalistlərin bu ölkədə fəaliyyətinə qoyulan məhdudiyyətlərin göstəricisi olaraq Ankara ilə Brüssel arasında gərginliklər yarada bilər.
Müstəqil jurnalist Frederik Geerdinkin Facebook və Twitter vasitəsilə kürdlərin PKK partiyasınə tərənnüm edən mesajlar yaymaqda günahlandırılır. Lakin hollandiyalı jurnalisti bunu inkar edir.
Jurnalistə qarşı irəli sürülən ittiham həm Türkiyə, həm də dünyanın insan haqları qrupları tərəfindən tənqidlərlə qarşılanıb.
Amnesty International təşkilatının Türkiyə üzrə təhlilçisi Endryu Qardnerin dediyinə görə, bu məhkəmə işi Türkiyədəki xarici jurnalistlərə hədə-qorxu gəlmək mahiyyəti daşıyır.
“Türkiyədə işləyən xarici jurnalistlərə qarşı təzyiqlər getdikcə artır. Buraya nümayişlər barədə məlumat yayan jurnalistlər də daxildir. Xarici jurnalistin cinayətkar kimi ittiham edilməsi yeni siyasətdir. Əvvəllər belə hadisələr nadir hallarda baş verirdi. Bu, da o deməkdir ki, Türkiyədə ifadə azadlığı boğulmaqdadır.”
Lakin Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ “qanun qarşısında heç nə dayana bilməz” deyərək məhkəmənin qərarını müdafiə edir. O, Avropada olduğu kimi, anti-terror qanunlarının ölkənin müdafiəsi üçün olduğunu deyir.
“Hansısa türk Avropada terror təşkilatını dəstəkləsəydi, ona qarşı cinayət işi qaldırılmazdımı? Jurnalisti həbs etməklə Türkiyə haqsız təhqidlərə məruz qalıb.”
Jurnalist Geerdink anti-terror qanunlarını tənqid etməklə ittiham edilən onlarla türk jurnalisti arasındadır. İstanbulun Süleyman Şah Universitetindən politoloq Çingiz Aktar bu qanunun qəsdən qeyri-müəyyən olduğunu deyir.
“Bu qanunda qeyri-müəyyənlik olduğu üçün, bu ölkədə çox sayda jurnalist həbsxanadadır. Çox sayda jurnalist işindən qovulur. Bir çox jurnalistlər maaşlarını itirməmək üşün özü-özünü senzura edir.”
Baş qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” qrupunun 2014-cü il reytinqinə görə, 180 ölkədə media azadlığı sahəsində Türkiyə 154-cü yerdədir.
Keçən ay Birləşmiş Ştatlarda yerləşən insan haqları qrupları Human Right Watch və Freedom House media azadlığı ilə bağlı narahatlıqlarını izhar etdi.
Politoloq Çingiz Aktar Hollandiya jurnalisti Geerdinkin həbsinin Ankaranın Avropa Birliyinə üzv olmasına mane ola biləcəyini deyir.
“Avropalılar bütün baş verənləri qeydə alır. Lakin Türkiyə Avropa Birliyindən gələn xəbərdarlıqlara məhəl qoymur. Bu yaxınlarda Avropa Parlamenti media azadlığı ilə bağlı tənqidi hesabat yaydı və bu hesabat Türkiyə rəsmiləri tərəfindən rəsmi şəkildə rədd edildi.”
Ankaranın Avropa Birliyinə üzvlüyünü dondurmaqdan başqa Brüsselin əlində çox elə rıçaq yoxdur. Bununla belə Avropa ilə Türkiyı arasında yarğanın dərinləşdiyinə şübhə yoxdur (“Amerikanın səsi”).