Səhiyyə Nazirliyinin Kollegiyası xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsinə dair bəzi tədbirlər haqqında qərar qəbul edib.
Elchi.az xəbər verir ki, qərara əsasən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi qaydası” təsdiq edilib.
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə tapşırılıb ki, Səhiyyə Nazirliyinin rəsmi internet saytında namizədlərin elektron ərizələrinin qəbulu üçün elektron xidmətin yaradılmasını təmin etsin.