Xankəndi ermənilərindən separatçılara KƏSKİN ETİRAZ

49

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər arasında videosorğu keçirilib.

Elchi.az xəbər verir ki, “a1 plus” internet kanalı Xankəndi ermənilərinin sülhlə bağlı fikirlərini öyrənib.

Rəyi soruşulanların əksəriyyəti müharibəyə “yox” deyərək, sülh şəraitində yaşamaq istədiklərini bildiriblər. Bununla yanaşı, sorğuda təxribatçı mövqedən çıxış edənlər də olub.

Respondentlərin demək olar ki, böyük bir qismi qondarma rejimdən narazılığını dilə gətirib. Onlar “idarəçiliyin” doğru olmadığını, köməksiz sakinlərə yardım edilmədiyini söyləyiblər.

Ədalətsizliklə üzləşdiklərini deyən Xankəndi erməniləri İkinci Qarabağ müharibəsindən sonra sakinlərin çoxunun xarici ölkələrə üz tutduqlarını etiraf ediblər.

“Xarici ölkələrə gedənlərin sayı hədsiz dərəcədə çoxdur, daxildə isə insanların bir-birinə qarşı güvəni qalmayıb”, – deyən ermənilər separatçı rejimə inanmadıqlarını vurğulayıblar.

Xankəndi şəhərində yaşayan gənc ermənilər isə bundan sonra sülh şəraitində yaşayacaqlarına ümid etdiklərini dilə gətiriblər.

Qeyd edək ki, bir neçə gün öncə Xankəndi şəhərində qondarma rejimə qarşı etiraz aksiyası keçirilib.