“Bu gün Azərbaycan xalqı və onun Ali Baş Komandanı cənab İlham Əliyev döyüş bölgəsində həm Ermənistanın terrorçu hərbi birləşməsi ilə, həm ermənilərə hər cür dəstək verən İran fars-molla rejimi ilə, həm də Amerika, Fransa və Avropanın bır sıra ölkələri və onların daxilimizdə olan XAİN, SATQIN 5-ci kalonun nümayəndələri ilə, xüsusən radikal düşərgəyə rəhbərlik edən satqın Əli Kərimli ilə savaş aparır!”.
Elchi.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı Feysbuk hesabında qeyd edib:
“Amansız savaş gedir! Çox əminəm ki, 44 günlük VƏTƏN müharibəsində olduğu kimi, yenə də XALQIMIZ və Müzəffər Ali Baş Komandanımız QALİB gələcək! Çünki biz bir anın içində xalq olaraq Orduya çevrilə bilirik! Bu gün hər birimiz VƏTƏNİ qorumağı ŞƏRƏF bilirik! Xalqımız Azərbayanın qalib ordusunun əsgər və zabitlərindən dualarımızı əsirgəməməlidir! Tanrı ordumuzu və dövlətimizi qorusun!”.
Yeganə