“Xalq öz dilində xoşbəxt ola bilmirsə, öz dilini özü öldürür”-Aqşin Yenisey

65

“Alman sosial mühəndisi Habermas “millət” anlayışına bele bir tərif verir: “millət “dövlət xalqı” demekdir”. Yəni dövlət xalqa sahib çıxanda xalq millətə çevrilir” “.

Elchi.az xəbər verir ki, bu fikirləri publisist-şair Aqşin Yenisey Feysbuk hesabında qeyd edib:

“Millətləşmə prosesi isə dil vasitəsi ilə aparılır. Xalq hansı dildə yazıb, oxuyur, hansı dildə özünü xoşbəxt hiss edirsə gec-tez o dilin millətinə çevrilir. Xalq öz dilində xoşbəxt ola bilmirsə, öz dilini özü öldürür. XIV-XV əsrlərdə ingilislər fransız dilində xoşbext ola bilirdilər, öz ana dilləri bədbəxtlərin və bədbəxtliyin dili idi. İngilis dilini şəhərlərdə yaşayan fransızdilli elitanı məhv eden vəba epidemiyası xilas etdi. Görək bizim dili hansı virus xilas edəcək”.

Yeganə