“Xəzərin ədalətli bölünməsi heç vaxt baş tutmayacaq”.
Axar.az “Dagestanpost.ru”ya istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib. O, Xəzəryanı ölkələrin məhz bunun üzərində fikirlərini cəmləməli olduqlarını deyib:
“Regionun təhlükəsizliyi neft yataqlarının qorunması deyil, əslində bu, beş dövlətin yaxın gələcəkdə yaşamasını təmin etmək deməkdir. Təsəvür edin ki, bizi Qafqaz yox, Xəzər vasitəsilə parçalayırlar. Xəzərdə bir partlayışın olması kifayət edir ki, bizim hər birimizi düşmən etsinlər. ABŞ-a Xəzərin SSRİ-nin dağılmasından sonra bölünməməsi qane edir. Vaşinqton yaxşı başa düşür ki, qonşu dövlətlərin heç biri sərhədləri tam dəqiqliklə bölə bilməyəcək. 20 sentyabrda işə düşmüş Cənub Qaz Dəhlizi Azərbaycan üçün iqtisadi proyektdir, amma Qərb üçün məhz siyasi və strateji layihədir”.