Xəyal etdiyimiz silahlar indi Kiyevə verilir

35

Əvvəllər belə adları ancaq yuxuda görmək olardı.

Elchi.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov yeni alacaqları silahlar barədə danışarkən deyib.

“İndi silahların mümkün qədər tez gəlməsi üçün tədbirlər görürük. Sürət çox vacib məsələdir. Belə adları ancaq mart ayında xəyal edirdik. Prezidentin hər səhər və hər axşam – hər gün hər kəsi necə bir araya topladığını çox yaxşı xatırlayıram. Hamı oturub fikirləşirdi ki, haradan nə alacaq, nə yardım alacaq.

İndi isə tamamilə fərqli adlar, tamamilə fərqli xüsusiyyətlər və imkanlara malik silahlar alacağıq. Qəlbə xoş gələn budur ki, bunun sayəsində başqa ölkələr bizə getdikcə daha çox yeni silahlar vermək istəyirlər”, – Danilov qeyd edib.