Xəbərdarlıq: Bəşəriyyətin məhvinə bir addım qalıb

35

Münaqişələr dünyanı nüvə müharibəsinə və məhvə doğru aparır.

Elchi.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

“Soyuq müharibə bitdikdən sonra göy üzündən təmizlənən buludlar yenidən toplanır. İndiyə qədər biz inanılmaz dərəcədə şanslıyıq, lakin uğur nüvə münaqişəsinə çevrilməkdə olan geosiyasi gərginliyə qarşı strategiya və ya müdafiə deyil. Dövlətlər nüvə silahı ehtiyatı saxlamaqla təhlükəsizlik axtarsalar da, bu, yeni gərginliyin artmasına şərait yaradan əsas səbəbdir”, – o bildirib.

Quterreş, həmçinin Yaxın Şərq və Koreya yarımadasındakı gərginliyə, o cümlədən Rusiyanın Ukraynaya müdaxiləsinə işarə edərək Kremlin dəfələrlə nüvə silahından istifadə ilə bağlı hədələrini xatırladıb.