Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəis təyin edib

6

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (BMCMİ) rəisi vəzifəsinə təyinat olub.

“Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov faktı “Report”a təsdiqləyib. 

Qeyd edək ki, bu təyinatla bağlı ilk xəbəri strateq.az saytı yayıb.