“Vardanyanın Qarabağa gəlişində həm özünün, həm də Qərbin və Rusiyanın maraqları var”

63

“Qarabağa köçən erməni milyarder Ruben Vardanyanın separatçı rejimdə hansısa formada təmsilçiliyinin təşkil ediləcəyi, qondarma “nazirlərdən” biri ola biləcəyi istisna deyil. Məqsəd separatçı rejimin adından Qərb ölkələrində danışıqlar aparmaq, əlaqələr qurmaqdır”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib.

“Rubenin qondarma “dövlət naziri” postuna gətiriləcəyi haqda söhbətlər dolaşır. Bu qondarma “nazirliyə” müxtəlif “qurumlar” daxildir, Vardanyanın bu postda olması ona geniş “səlahiyyətlər” qazandıra bilər. O cümlədən, bu postda olan Artak Beqlaryan separatçı-terrorçu rejimin Qərbdəki danışıqlarını həyata keçirənlərdəndir.
Və hadisələrin bu istiqamətdə mümkün istiqaməti də səbəbsiz deyil:
Birincisi, Rusiya vətəndaşlığından imtina edən Vardanyan separatçı rejimin “təmsilçisi” kimi Qərb ölkələrini “sərbəst” gəzmək imkanı qazanacaq;
İkincisi, bu “missiya” “çirkli pulların yuyulması” mexanizmini həyata keçirə bilməsi üçün ona legitimlik verəcək;
Vardanyanın Qarabağa gəlişində onun özü ilə yanaşı, erməni diasporu/lobbisinin, Qərbin və Rusiyanın da öz maraqları var”.

Yeganə