Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başa çatıb.
APA-nın xəbərinə görə, mərhumun cənazəsi Akademik Milli Dram Teatrından qaldırılıb və dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb. Şair I Fəxri Xiyabanda atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb. Mərhumun ruhuna dualar oxunub.
* * *14:34
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilir.
“Trend”-in məlumatına görə, Azərbaycanın xalq şairi Söhrab Tahir Vaqif Səmədoğlu barədə danışaraq bildirib ki, onun ölümü çox ağır itkidir: “Sıralarımızdan böyük bir şair getdi. O, tez getdi, hələ 20 il də yaşaya bilərdi. Vaqif böyük Səməd Vurğunun oğlu olsa da, onun öz yolu, öz cığırı oldu”.
Xalq şairi ilə vida mərasimində qohumları, tanınmış ictimai-siyasi xadimlər, bir çox yazıçılar, şairlər, aktyorlar iştirak edirlər.
V.Səmədoğlu I Fəxri xiyabanda dəfn olunacaq.