Valyuta hərracında tələb 69,3 milyon dollar olub

3

Aprelin 1-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.AMB-dən Elchi.az-a verilən məlumata görə, hərracda tələb 69,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.