Vaksin vurduranların sayı ARTIB

37

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2195 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 213, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 368, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 820 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 154, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 103, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 340 156, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 793 nəfər təşkil edir.