Vətən müharibəsi qazisi vəfat etdi

36

Vətən müharibəsi qazisi vəfat edib.
Elchi.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.
Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Elnur Qalib oğlu Səmədov dünən gecə saatlarında dünyasını dəyişib.
Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.
Xatırladaq ki, Elnur Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.