Təbii ki, Azərbaycan adının, Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında fəxrlə adını çəkdiyimiz şəxslərdən biri də dahi bəstəkar Üzeyir Hacıbəyovdur. Üzeyir bəy Azərbaycan mədəniyyətinə təkcə bəstələri ilə deyil, həm də yazdığı felyetonları ilə də xidmət edib.
“Elchi.az” bildirir ki, 2014-cü ilin 2015-ci ilə qovuşduğu günlərdə Hacıbəyovun adını daşıyan Milli Konservatoriyanın qarşısındakı heykəlin üzərində dahi bəstəkarın adı nədənsə hələ də Azərbaycanda istifadə olunan rəsmi əlifba ilə deyil, kril əlifbası ilə yazılıb. Bunu adi səhlənkarlıq da adlandırmaq olar, mədəniyyətimizə, bizi dünyaya tanıdan şəxsə qarşı hörmətsizlik də…
Bütün hallarda üzeyir Hacıbəyovun Azərbaycana etdiklərinin qarşılığında onun ad və soyadını latın qrafikası ilə əbədiləşdirmək qədər sadə borcumuzu yerinə yetiə bilmiriksə, bir qədər düşünməyə dəyər…
Elchi.az