ÜST koronavirusla bağlı son məlumatları açıqladı

2

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 8-dək koronavirusa (COVID-19) yoluxanlara aid statistik məlumatları açıqlayıb.

“Report” xəbər verir ki, məlumatda son 24 saat ərzində Bolqarıstan, Kosta-Rika, Farer adaları, Fransa Qvianası, Maldiv adaları, Malta, Martinika, Moldova Respublikasında koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma hallarının qeydə alındığı bildirilib.

Təşkilatın məlumatında vurğulanıb ki, risk qiymətləndirilməsi Çində, regional səviyyədə və qlobal səviyyədə çox yüksəkdir

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 105 586 (3 656 yeni)

Çində: 80 859 (46 yeni)

3 100 ölüm halı (27 yeni)

Çindən kənarda:

24 727 yoluxma halı (3 610 yeni)

484 ölüm halı (71 yeni)

101 ölkə/ərazi (8 yeni)