Koronavirusa yoluxanların sayı fevralın 8-dən 15-nə qədər olan müddət ərzində dünyada 16% azalıb.
Elchi.az xəbər verir ki, bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Məlumata görə, koronovirusdan ölüm halları isə ötən həftə ilə müqayisədə 10% azalıb.
Koronavirusa yoluxma Afrikada 20%, Qərbi Sakit okean regionunda 20%, Avropada 18%, Şimali və Cənubi Amerikada 16% geriləyib.