Uşaqlar arasında yeni virus yayılıb – VİDEO

33
Mother hand holding sick daughter hand who have IV solution bandaged with love and care while she is sleeping on bed in the hospital (Mother hand holding sick daughter hand who have IV solution bandaged with love and care while she is sleeping on bed

Son zamanlar uşaqlarda rotavirusa yoluxma halları artıb.

Elchi.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur.

Həkimlər valideynləri diqqətli olmağa çağırır. Günlərlə davam edən qızdırma, qarın ağrısı, halsızlıq uşaqlar arasında geniş yayılıb. Xəstəliyə yoluxan uşaqlarda yüksək hərarət müşahidə olunur.

Həkimlər deyir ki, hər il yaz-yay aylarında uşaqlar arasında rotavirus adlı virus yayılır. Bu il virusa yoluxan uşaqların sayı daha da artıb. Xəstəliyə yoluxma xüsusən də çimərlik mövsümündə daha çox müşayiət olunur. Hovuza və dənizə gedənlər uşaqlar arasında infeksiya daha tez yayılır.

Rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir. Uşaqlarını virusdan qorumaq istəyən valideynlər gigiyenik qaydalara əməl etməli, uşaqları yaxın təmasdan uzaq tutmalıdırlar.