Ursula von der Leyenin Azərbaycana səfəri başa çatıb

61

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana səfəri iyulun 18-də başa çatıb.

Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ursula von der Leyeni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər yola salıblar.