Ukraynanın ilin sonuna kimi hədəfi budur – Şmıqal

55

Bu ilin sonuna kimi Ukrayna Avropa Birliyinə üzv olmaq üçün namizəd ölkə statusunun təqdimatı zamanı qarşıya qoyulan 7 şərtin hamısını yerinə yetirmək əzmindədir.
Elchi.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.
“Biz AB-yə üzvlüklə bağlı danışıqlar proseduruna başlamağa hazırıq. Təbii ki, biz həm də bütün sahələr – iqtisadi, nəqliyyat, rəqəmsal və s. üzrə vizasız rejimə daxil olmaq üçün həmin iddialı planları yerinə yetiririk”, – Şmıqal qeyd edib.