Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın “1+1” verilişində Azərbaycan əleyhinə verdiyi açıqlama ilə gündəmə gəlib.
Elchi.az A.Danilovun söylədiklərini olduğu kimi təqdim edir:
“Mən dəqiq bilirəm ki, Böyük Britaniya bunu etməyəcək, onlar bütün hallarda ABŞ-a xəyanət etməyəcəklər. Mən çox istərdim ki, demokratiyaya gedən yolda hansısa təbii qaz faktoru önə çəkilməsin. Ruslar öz məqsədlərinə çatmaq üçün hər şeyi edə bilərlər. Necə ki onlar ermənilərə xəyanət etdilər və Azərbaycana imkan verdilər ki, öz torpaqları zənn etdikləri ərazilərə girsinlər”.
O zaman A.Danilov bu cür açıqlama verirsə, belə çıxır ki, Krım doğrudan da Rusiyanın ərazisidir… Danilov heç olmasa, internetə girib görə bilər ki, Qarabağ Azərbaycandır və ermənilər Qarabağa 1828-ci ildən İran və Türkiyədən köçürülüb. Bu baxımdan bütün hallarda Azərbaycan XİN Ukraynanın statuslu bir şəxsinin bu açıqlamasına aydınlıq gətirilməsini tələb etməlidir.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başladığı 6 aydan çoxdur ki, Azərbaycan vətəndaşları Ukrayna dövləti və xalqının yanında olub, sosial şəbəkələrdə Ukraynanın müdafiəsi istiqamətində geniş təbliğat aparıb. Buna misal olaraq çoxsaylı vətəndaşlarımızın sosial platformalarda “Slava Ukraine”, “Geroyam Slava!” şüarları ilə paylaşdıqları yazıları qeyd edə bilərik. Ona görə də vətəndaşların bu cür paylaşımlar etməzdən öncə yaxşı düşünmələrində yarar var…
Yeganə