Ukraynadan Xameneyiyə CAVAB

52

Müharibənin başlanğıcından bəri İran açıq şəkildə neytrallığını elan edib.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin(XİN) mətbuat katibi Oleq Nikolenko deyib.

Sözçü bildirib ki, Ukrayna tərəfi İran rəhbərliyinin ritorikasının dəyişməsindən narahatdır.

“Rusiya Federasiyasına hücumun hazırlanması ilə bağlı hər hansı ittiham əsassız və manipulyasiyadır. Biz İran tərəfini Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünü qızışdıracaq bəyanatlardan və ya addımlardan çəkinməyə çağırırıq”, – deyə o qeyd edib.

Xatırladaq ki, İranın Ali Rəhbəri Seyid Əli Xameneyi Tehranda Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı bildirib ki, əgər NATO-nun qarşısı alınmasaydı, onlar Krımı bəhanə edərək müharibəyə başlayacaqdılar.