Ukraynadan ilk taxıl gəmisi sabah yola düşəcək

33

Ukraynanın Çernomorsk limanından taxıl daşıyan ilk gəmi sabah yola düşəcək.

Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazir Oleksandr Kubrakovun sözlərinə görə, işlərin yaxın günlərdə başlayacağı gözlənilir.

“Bu həftə İstanbulda koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bizdən asılı olan hər şeyi edirik ki, bu həftə taxıl daşıyan gəmilər yola düşsün”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar.