Ukraynada fəaliyyət göstərən rus diplomatları təhdid olunurlar.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Radikalların təxribatlarına və aqressiv çıxışlarına baxmayaraq, Rusiyanın Ukraynadakı diplomatik nümayəndəlikləri normal rejimdə fəaliyyət göstərir”, – məlumatda qeyd olunub.
Nazirlik Ukraynadakı rus diplomatların təxliyəsi ilə bağlı “Nyu York Tayms”ın yaydığı məlumatı təkzib edib:
“ABŞ KİV-ləri məlumatı yoxlamaq mədəniyyətini itiriblər”.